Siyasət
Tahir Rzayev: "Bu addım cəmiyyətimizdə vətənpərvərlik ruhunu daha da yüksəldəcək"
"İnsanlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir". Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Nazirlər Kabinetinin YENİ TƏRKİBİ təsdiqləndi - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin tərkibinin təsdiq olunması barədə sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər: 1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
Əli Həsənov işdən çıxarıldı, yerinə deputat gətirildi
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.
Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edildi
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Samir Rafiq oğlu Nuriyev təyin edilib.
Prezidentin təyin etdiyi 38 yaşlı yeni nazir kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Yeni nazir əvvəlki kabinetdə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
Hacıbala Abutalıbovun YENİ VƏZİFƏSİ
Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarıldı
Azərbaycan Respublikası baş nazirinin müavinlərindən bəziləri dəyişib. Prezident İlham Əliyevin bu gün yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov baş nazirin yeni müavini təyin olunub.
41 yaşlı yeni nazirimiz
Prezident İlham Əliyev Kənd Təsərrüfatı naziri vəzifəsinə İnam İmdad oğlu Kərimovu layiq görüb. İnam Kərimov prezidentin sərəncamı ilə yeni nazir təyin edilib. İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında "Richmond High School"da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
Pakistan mətbuatı Xocalı soyqırımından yazıb
Pakistanda nəşr olunan "Parliament times" qəzetində və qəzetin internet səhifəsində, həmçinin "The Fortress" veb səhifəsində jurnalist Zaman Bacvanın "İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın" sərlövhəli məqaləsi dərc edilib.
Baş nazir: "Prezidentin qarşımda qoyduğu vəzifələrin həyata keçməsi üçün əlimdən gələni edəcəyəm"
"Azərbaycan prezidentinə söz verirəm ki, mənim qarşımda qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib, həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm". Məlumata görə, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.
Azərbaycanın yeni baş naziri: "Bu günə qədər danışmağı sevirdim, bundan sonra daha çox işləmək lazımdır"
"Bu günə qədər danışmağı sevirdim. Görünür, artıq bundan sonra başqa bir sahəyə keçmək lazımdır, daha çox işləmək lazımdır". Məlumata görə, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.
Azərbaycanın yeni baş naziri - DOSYE
Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub - YENİLƏNİB
Plenar iclası başladı
Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı - AÇIQLAMA
Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə Formula-1 yarışları başlayır, belə məqamda başçının istefa verməsi necə mümkün ola bilər?













