Patriarx Kirill Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədlə görüşüb

Moskva və bütün Rusiyanın patriarxı Kirill Moskvada Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan Nikolay Boçarnikovla görüşüb.

Rus Pravoslav Kilsəsinin başçısı diplomata Bakı yeparxiyasının fəaliyyəti ilə bağlı məlumat verib.

Tərəflər həmçinin Azərbaycanda kilsə-dövlət münasibətlərinin aktual məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Kreml hələlik Rusiyanın Azərbaycandakı səfirini rəsmi olaraq təyin etməyib.

Daha əvvəl N.Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31