Üç ssenari və vətəndaş müharibəsi: Moskvadan təhdid kimi PROQNOZLAR

"Nikol Paşinyanın dövründə müxalifətin xüsusi fraksiyasından hökumət formalaşdırılacaq. Respublika Partiyası isə parlament əksəriyyətini saxlamaqda davam edəcək. Əgər hökumət və parlament sinxron işləməzsə və hökumət parlamentdə sabotajla rastlaşarsa, bu, ən azından hakimiyyətin real iflicidir".

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu erməni müxalifətinin lideri Nikol Paşinyanın baş nazir seçilməsini şərh edən Ali İqtisadiyyat məktəbinin politologiya kafedrasının rəhbəri Leonid Polyakov bildirib.

Onun sözlərinə görə, bu, hadisələrin inkişafının mümkün ssenarilərindən yalnız biridir.

"Başqa bir ssenari də var. Bu, Paşinyanın hansısa kəskin hərəkətlərə təşəbbüsü zamanı reallaşa bilər. Küçəyə çıxan insanların əsas çağırışı nə idi? İnsanların əsas tələbi ədalətin təmin olunmasıdır. Əgər Paşinyan resursların yenidən real bölgüsünə başlayarsa, bu, indiki mövqelərini vermək istəməyən elitaların qaçılmaz ciddi müqavimətini doğuracaq. Bu halda sakit sabotaj olmayacaq, bu, açıq vətəndaş müharibəsi olacaq", - o əlavə edib.

Agentliyin həmsöhbətinin fikrincə, üçüncü və ən az ehtimal ssenari ondan ibarətdir ki, Paşinyana seçilməsi hakim partiyanın simvolik jesti olmayacaq, həm də onunla işləməyə hazır olacaq.

"Amma bir halda ki, indi müxtəlif qrupların ziddiyyətləri toqquşur, ilk növbədə optimist ssenariyə son qoymaq olar", - Polyakov vurğulayıb.

Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru, politoloq Aleksey Martınov da bu fikirdədir ki, Nikol Paşinyanın baş nazir seçilməsi ölkədə daxili siyasi böhrana son qoymayacaq. Martınov hesab edir ki, "proses yalnız başlayıb".

"Hesab edirəm ki, bu, böhranın sonu deyil. Öz-özlüyündə hakimiyyətin dəyişməsi və ya Paşinyanın hakimiyyətə gəlişinin forması olduqca şübhəlidir. Onlar özlərini "məxməri inqilab" adlandırılan küçənin təzyiqinin köməyi ilə hakimiyyətə gəldilər", - ekspert bildirib.

O qeyd edib ki, böhranın davamı parlamentin buraxılması ilə bağlı olacaq:

"Paşinyan özü dəfələrlə deyirdi ki, növbədənkənar parlament seçkilərini keçirmək lazımdır. Yəni, parlament böhranı daxili siyasi böhranın növbəti mərhələsidir".

Paşinyanın dövlət idarəçiliyi təcrübəsinin çatışmadığını deyən ekspertin onun "keçid dövrünün baş naziri" olmasını istisna etmir. Politoloqun fikrincə, o, "küçə müvəffəqiyyəti"ni növbədənkənar parlament seçkilərindən sonra parlamentdə deputatlarının sayı şəklində kapitallaşdıra və sonradan artıq hər şeyin real oyunçular arasında bölünməsinə nail ola bilər.

"O indiki halda katalizator və ya torpedadır, ağır çəkili idmançı-siyasətçi deyil. Paşinyana bugünkü xalq sevgisi rəhbərə, ya da "Çe Qevare"yə (Ernesto Çe Qevare, Latın Amerika inqilabçısı - red.) olan sevgi deyil. Paşinyan sadəcə, çoxlarında nifrət oyadan Sarkisyan və onun ətrafının hakimiyyətini dağıtmağı bacardı", - Martınov hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31