Siyasət
Fransızların Laçın şəhəri ilə imzaladığı qanunsuz xartiya ləğv edildi
Azərbaycan Fransa XİN-i işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlərlə bağlı sərt addımlar atmağa çağırıb. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib ki, Fransada fəaliyyət göstərən erməni lobbi dairələri 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında “qardaşlıq” adı altında qeyri-qanuni sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır: "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Fransadakı səfirliyimizin Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionun Alfortvil şəhəri tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qeyri-qanuni “xartiya” ləğv edilib (“la Charte d’amitié entre Alfortville et Berdzor”).
Hikmət Hacıyev: "Sarkisyan rejiminin ünsürü olan Balayan yeni siyasi hakimiyyətdə vəzifə üçün ekstra fəallıq göstərməyə çalışır"
"Əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxs Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışır. Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Yeni Ermənistan hakimiyyəti əvvəlki rejimin siyasətini davan etdirəcəksə, yəqin ki, onları da eyni aqibət gözləyir".
Stavropoldakı qəhrəman həmyerlilərimizin xatirəsi anılıb
Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə İkinci Dünya Müharibəsi zamanı qəhrəmanlıqla həlak olmuş həmyerlilərimizin xatirəsi anılıb. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, təşkilatın sədri Qurban Əsədov və üzvləri əvvəlcə Stavropol diyarınının Novoselovski rayonunda yerləşən Dolinovka kəndinə gedərək burada yaşamış İsmayıl Bayramovun xatirəsini yad ediblər. İsmayıl Bayramov müharibədə göstərdiyi qəhrəmanlığı görə Sovet İttifaqı Qəhrəmanı adını alıb. Ailə üzvləri və qohumlarının hazırda yaşadığı Dolinovka kəndinin məktəbi İsmayıl Bayramovun adını daşıyır və məktəbin həyətində onun abidəsi ucalır. Hər il İsmayıl Bayramovun xatirəsinə rayon üzrə spartakiada keçirilir. Azərbaycan diasporunun üzvləri Dolinovka kəndinin rəhbərliyi görüşərək Bayram İsmayılovun heykəlinin bərpası məsələsini müzakirə ediblər. Qərara alınıb ki, cəmiyyət bu məqsədlə kənd rəhbərliyinə maliyyə yardımı ayırsın.
Serbiyada Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilir
Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 39-cu seminarı işinə başlayıb. “OLAYLAR”-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edirlər.
Biz 7 rayonu qaytarırdıq, Bakı razı olmadı - Papyan
Qənirə Paşayeva Türk Dünyası Bacıbəy mükafatına layiq görülüb
Paris hekayəsi- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR
ABŞ-dakı diaspor təşkilatı ABŞ-ın Helsinki Komissiyasının açıqlaması ilə bağlı bəyanat yayıb
Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb. DİDK-dən “OLAYLAR”-a bildirilib ki, bəyanat ABŞ Konqresinə göndərilib. Bəyanatda Komsisiyanın Azərbaycanla bağlı açıqlamasının regionda təhlükəsizliyə təhdid yaratdığı qeyd edilib. Bildirilib ki, digər ölkələrlə müqayisədə, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır.
Nazirlikdən XƏBƏRDARLIQ: "Bu şəxslər 25 min manat cərimələnəcəklər"
Hesablama Palatası parlamentə hesabat verəcək
Hesablama Palatası 2017-ci ildə fəaliyyəti barədə Milli Məclisə (MM) hesabat təqdim edib və yaxın günlərdə hesabat parlamentdə müzakirə olunacaq














