Atatürkün Nərimanovdan borc istəməsi və aldığı cavab... - Topçu

Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimiz, iftixarımız, yüksək dəyərlərlə tarix yaradan bir quruluşdur. Bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimiz, iftixarımız, yüksək dəyərlərlə tarix yaradan bir quruluşdur.

Bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Birinci Dünya müharibəsi dövründə, Azərbaycan Xalq Cümhuriyyəti qurulan ərəfədə, eləcə də Cümhuriyyətimizin süqutundan sonra iki qardaş ölkə arasındakı münasibətləri xatırladan baş müşavir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün görkəmli siyasi və dövlət xadimi Nəriman Nərimanovdan borc istəməsinə cavab olaraq N.Nərimanovun "Paşam, qardaş qardaşa borc verməz, əl tutar" ifadəsinin nəsillərə örnək olduğunu söyləyib. Yalçın Topçu deyib:

"Azərbaycanın sürətlə inkişafı Türkiyənin gücünü daha da artırır. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası və dinamik inkişafı Türkiyədə öz sevincimiz kimi qarşılanır". AzərTac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31