Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbində Cümhuriyyətin 100 illiyi
Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd etmişdirlər. Azərbaycanın bu təntənəli bayram tədbirini qeyd etmək üçün məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar iştirak etmişdilər.
28 May 2018 11:27 Xarici siyasətVaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd etmişdirlər. Azərbaycanın bu təntənəli bayram tədbirini qeyd etmək üçün məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar iştirak etmişdilər.
Olaylar.az bildirir ki, çıxış edən şagirdlər tədbir iştirakçılarını salamladıqdan və təbrikləri çatdırdıqdan sonra səhnəciklə davam etmişdir. Şagirdlər səhnəcikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş "Əli və Nino" filmində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı olan səhnəni ifa etmişdilər. Bu zaman məktəbin şagirdləri AXC-nə məxsus əsas dəyər və vətəndaşlara verilən hüquqlar haqqında məlumat vermişdilər. Daha sonra uşaqlar Azərbaycan himni ifa etmişdilər. Tədbir hər bir şagirdin iştirakı ilə milli ruhda Azərbaycan haqqında şerlər söylənilmiş və milli rəqslər nümayiş etdirilmişdir. Qızlardan ibarət qrup "Nəlbəki" rəqsini ifa etmişdilər. Tədbirdə Azərbaycana və vətənpərvərliyə aid yüksək səviyyədə çıxış edən şagirdlər alqışlandılar. Sonda şagirdlərin təbriki ilə bağlı video rolik göstərilmişdir.
Qeyd edək ki, Azərbaycan məktəbi il boyu Vaşinqton və ətraf şəhərlərdə yaşayan Azərbaycanlı uşaqları cəlb etməklə milli dəyərləri aşılayır, Azərbaycan haqqında dərslər keçirilir və müxtəlif tədbirlər təşkil edir.