İlham Əliyev Cümhuriyyətlə bağlı rəsmi qəbulda iştirak etdi - YENİLƏNDİ
28 May 2018 13:49 SiyasətMayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildi.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.
***
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbul başlayıb.
Mərasim Heydər Əliyev Mərkəzində keçirilir.
Qəbulda Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31