Siyasət
Ümummilli lider Heydər Əliyevin xatirəsi Meksikada anıldı
Azərbaycanın Mexikodakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı təşkil edilmiş tədbirdə Meksikada Azərbaycan və Meksika icmasının üzvləri iştirak ediblər. Səfirlikdən Olaylar.az –a bildirilib ki, tədbirdə Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, onun müasir Azərbaycanın banisi olduğunu, ölkə tarixində müstəsna rolunu qeyd edərək Vətənimizi xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirib.
Donald Ramsfeldə Heydər Əliyev adına fəxri ödülü təqdim edildi
ABŞ paytaxtında yerləşən məşhur və möhtəşəm diplomatik tədbirlərin keçirilməsi ilə tanınmış Meridian Beynəlxalq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ile əlaqədar tədbir keçirilib. Səfirlikdən Olaylar.az – a bildirilib ki, çoxsaylı qonaqların, o cümlədən ABŞ Dövlət, Müdafiə departamentləri, Konqres və Ağ Ev, akademik dairələr, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ-ın tanınmış dövlət xadimi, iki dəfə müdafiə katibi və digər dövlət vəzifələrində çalışmış Donald Ramsfeldə Azərbaycan-ABŞ strateji tərəfdaşlığa müstəsna töhfələrinə görə Heydər Əliyev adına 2018-ci ilin fəxri ödülü təqdim edilmişdir.
Nyu Meksika ştatında 28 may “Azərbaycan Milli Günü” elan edildi
ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Torpaqdan istifadənin səmərəliliyi artırılacaq
Qanunvericilikdə dəyişiklik ediləcək “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisdən “Olaylar”a daxil olan məlumata görə, sözügedən qanunun 10-cu maddəsində ediləcək dəyişikliklərdə məqsəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsidir.
Nikol Paşinyan Mehri və İcevan dəmiryollarını işə salsa bütün problemləri həll edə biləcək
Mübariz Əhmədoğlu: “Paşinyanın savadı olsaydı, 2008-ci ildə Serj Sərkisyanın Bi-Bi-Si radiosuna verdiyi müsahibəni oxuyardı”
Nazirdən yeni təyinat
Fuad Ələsgərov Azərbaycan ordusunun nəyə qadir olduğunu açıqladı
İslam Dünyasında innovativ və texnoloji həmlə
Rusiya Federasiyası, Tatarstan Republikasının paytaxtı Kazan şəhərində İƏT Gənclər Forumu və Tatarstan Hökuməti tərəfindən bu il 4-cüsü təşkil olunan “İƏT ölkələri Gənc İş Adamları Beynəlxalq Forumu”nun təntənəli açılış mərasimi olub.
Prezident İlham Əliyev Bakıda otel açılışında iştirak edib
Qarabağda müharibə qaçılmazdır
İrəvanın aqressiv mövqeyi bunu labüd edir Ermənistan ənənəvi aqressiya və işğalçılıq siyasətini davam etdirməkdə bir daha israrlı olduğunu nümayiş etdirdi. İşğalçı ölkədə baş verən hakimiyyət çevrilişi və inqilabçı Nikol Paşinyanın zor gücü ilə baş nazir postuna yiyələnməsi, bundan dərhal sonra onun Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamalar bir daha onu təsdiqlədi ki. bu ölkənin mahiyyəti dəyişməyib və Ermənistanda kimin, hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq İrəvan kompromisə qətiyyən meyilli deyil.









.jpg)


