Siyasət

“Paşinyan Qarabağa təhdiddir...”

13 May 2018 17:26

Ermənistanda keçmiş müdafiə naziri, səlahiyyətlərini mayın 11-də təhvil vermiş Vigen Sərkisyan Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin Qarabağ məsələsinin nizamlanmasına mümkün təhdidləri barədə danışıb.

Milli Məclisin deputatları Gürcüstanda Azərbaycan icması ilə görüş keçirib

13 May 2018 17:02

Milli Məclisin deputat qrupunun Gürcüstana səfəri başlayıb.

Cəbhədən xəbər var

13 May 2018 10:20

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Daşkənddə Heydər Əliyevin xatirəsi yad edildi

13 May 2018 09:41

Daşkənddəki Azərbaycan Milli Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı mərasim keçirib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Mərkəzin sədri Firdovsi Hüseynov Ulu Öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, xaricdəki diasporun təşkilatlanması, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyası məhz ulu öndər Heydər Əliyevə məxsusdur.

Pensilvaniya ştatında Azərbaycan Günü

12 May 2018 18:51

Pensilvaniya ştatının qubernatoru Tom Vulf Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq təbrik məktubu ünvanlamışdır. Olaylar.az bildirir ki, məktubda qeyd olunur ki, 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulmuş və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınmışdır. Müstəqillik dövründən bəri Azərbaycan regionun mayakı olaraq irqi, cinsi və ya etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabərlik hüququnu tanımış və Qafqaz regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

1983-1989-cu illərdə Özbəkistandakı “Pambıq işi”, Qdlyan və İvanovun cinayətləri və onların istintaqa cəlb edilməsi ilə bağlı təşəbbüs qrupu yaradılıb

12 May 2018 18:30

“1983-1989-cu illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Telman Qdlyanın rəhbərliyi ilə istintaq qrupu Özbəkistanda görünməyən cinayətlər törədib, gühansız adamalar, qadınlar. qocalar istintaqa cəlb edilib, özbək xalqına qarşı terrorçuluq əməlləri törədilib”.