Tereza Mey: "Neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib"

Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizinin açılışı mərasimində Böyük Britaniya baş nazirinin təbrik məktubu oxunub.

Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizinin açılışı mərasimində Böyük Britaniya baş nazirinin təbrik məktubu oxunub. 

SİA-nın xəbərinə görə Tereza Meyin təbrik məktubunda bildirilir ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, eyni zamanda Xəzər Neft-Qaz Sərgisinin 25 illiyidir: "Neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib. BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" tarixi dönüş oldu. Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Bu baxımdan aprelin 26-da prezident İlham Əliyevi Londonda görməkdən, Hasilatın Pay Bölgüsü üzrə 6-cı sazişin imzalanmasına şad olduq. Neft-Qaz Sərgisinin iştirakçılarına da uğurlar arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31