Siyasət

Politoloq: “Başımızın altına yastıq qoymağa ehtiyac yoxdur"

6 İyun 2018 11:21

“Moskvada Azərbaycana simpatiyası olan və Dağlıq Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə edən bir neçə siyasi ekspert və jurnalist var, ara-sıra Bakıya da gəlirlər. Dəstəyə görə sağ olsunlar, ancaq başımızın altına yastıq qoymağa da ehtiyac yoxdur. Açıqlama verirlər ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salıbmış, sadəcə Nikol Paşinyanın qəfil hakimiyyətə gəlişi bu planları pozub. Bu iddia yumşaq desək nağıla oxşayır, Serj Sərkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyib və niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etməyib?”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Növbədənkənar sessiyanın gündəliyi açıqlandı

6 İyun 2018 11:18

Azərbaycan Milli Məclisinin iyun ayının 12-də keçiriləcək növbədənkənar sessiyada plenar iclasının gündəliyi məlum olub.

Cəbhədən xəbər var

6 İyun 2018 11:12

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Dövlət bayrağımız necə asılmalıdır? – ARAŞDIRMA

6 İyun 2018 09:30

Dövlət bayrağının binaların divarlarına dirəksiz şaquli vəziyyətdə asılması və ya xüsusi tutqaclara üzü aşağı bərkidilməsi qaydası anlaşılmazlığa və mübahisələrə yol açıb. Belə ki, bəzi yerlərdə dövlət bayrağı dirəksiz şaquli vəziyyətdə asılarkən və ya xüsusi tutqaclara üzü aşağı bərkidilərkən bayrağın mavi zolağı solda, bəzi hallarda isə sağda qalır.

ABŞ Helsinki Komissiyasının sədri senatoru Azərbaycanı təbrik etdi

6 İyun 2018 09:16

ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri senator Rocer Uiker Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib. Olaylar.az bildirir ki, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, 1920-ci ildə bolşeviklərin ölkəyə müdaxiləsilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının çökməsi ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi və ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu vurğulanıb.