Başına 100 min rubl pul qoyulan Milli Qəhrəman

"Bu torpağın suyunu içib, çörəyini yemişəmsə, ona da xidmət etməliyəm"

Orucova "OLAYLAR" Ermənilərin başına 100 min rubl qoyduğu Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov 1965-ci ildə Göyçayda anadan olub. 3 yaşı olanda atası onları tərk edir. Ailə Rusiyaya köçür, amma 5 il sonra yenidən Bakıya qayıdır. Yuri sonradan öz adını daşıyacağı 229 saylı məktəbdə təhsil alır. 1983-cü ildə hərbi xidmətə çağırılır. 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlıların sıralarına daxil olur. Kovalyovun Goranboyun kəndlərinin azad edilməsində böyük rolu olur. Düşmən snayperləri onu hər yerdə axtarır. Başına 100 min rubl pul qoyulur. 

Olaylar.az "Belə belə işlər"ə istinadən xəbər verir ki, 1991-ci ilin aprelin 3-də helikopter qəzasında bir çox millət vəkillərini və yüksək rütbəli şəxsləri xilas edir. Bununla bağlı bir neçə döyüşçü mükafatlandırılan zaman Kovalyovun şücaəti haqqında qeyd ediləndə onun cavabı belə olur: "Mən də azərbaycanlıyam"

1991-ci ildə ailə qurur və 2 qızı dünyaya gəlir. Çaykənd döyüşlərində böyük şücaət göstərir. Bir rusun Azərbaycan tərəfdə olması xarici jurnalistləri təəccübləndirir. 

"Azərbaycanda müharibə getdiyi vaxtda mən nə üçün kənarda qalmalıyam? Nə üçün düşmənlə mübarizə aparmamalıyam?" 

Kovalyon Şuşanın Qaladərəsi kəndində jurnalistləri müşayiət edərkən ora erməni helikopteri enir və bir neçə xarici jurnalist ona "siz russunuzmu?" sualını verir. Kovalyon isə, "bəli mən rusam, Azərbaycan isə vətənimdir" deyərək cavab verir.

Cəhbə xəttindən anasına göndərdiyi şəklin arxasına "Qarabağ mənim işim, mənim ağrım, mənim kədərimdir" yazılmışdı.

Yuri Kovalyov 1991-ci ilin oktyabrında şəhid olmasına iki gün qalmış, ailəsinə zəng edir. 3 oktyabrda digər döyüşçü dostları ilə Xocavənddəki əməliyyatdan qayıdarkən Ağdamda onalrın olduğu Vaz ermənilər tərəfindən atəşə tutulur və 27 yaşlı Kovalyov həlak olur. Ermənilər onun meyitini ələ keçirmək üçün maşına yaxınlaşanda partlayış baş verir və bir neçə erməni də ölür. 

1992-ci ildə ona Milli Qəhrəman adı verilir. Yuri Kovalyov Şəhidlər Xiyabanında dəfn edilib. 

https://www.youtube.com/watch?v=tdYAsoXUhtY

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31