Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycana gəlir
21 Oktyabr 2014 18:25 SiyasətAvropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlir. Bu barədə Trend Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir. Məlumatda qeyd olunur ki, komissarın səfəri oktyabrın 22-24-nə nəzərdə tutulub.
Qeyd edək ki, Nils Muiznieks Azərbaycanda İnsan Haqqları və Fundamental azadlıqlara dair Avropa Konvensiyasının tətbiqi mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Oktyabrın 23-24-də keçiriləcək beynəlxalq konfransda Venesiya Komissiyasının vitse-prezidenti Herdis Torqeyrsdottir də iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00