Obamadan ağır təhqir: Rusiyanı İŞİD və “Ebola” virusu ilə müqayisə etdi
21 Oktyabr 2014 16:50 SiyasətABŞ prezidenti Barak Obama amerikalıların Rusiya, İŞİD və "Ebola" virusundan narahat olduqlarını bildirib. Obamanın bundan əvvəlki çıxışlarında Rusiyanı təhqir etməsi rəsmi Moskvanın sərt reaksiyasına səbəb olmuşdu. Rusiya mətbuatının məlumatına görə, amerikalı prezident eyni səhvini Çokaqodakı çıxışında növbəti dəfə təkrarladı: "İnsanlar üç şeydən narahatdırlar: İŞİD və "Ebola"-dan. Eyni zamanda Rusiyanın Ukraynadakı işğalı da narahatlıq yaradır". Qeyd edək ki, Barak Obama bundan əvvəl BMT Baş Assambleyasının sammitində Rusiyanı eyni şəkildə təhqir edib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00