Bu xalq qorxudula biləcək xalq deyil-Özəl

"Azərbaycan heç bir dövlətin, heç bir güc mərkəzinin və heç bir təzyiqin qarşısında milli iradəsindən geri çəkilməyəcək. Bizim səbrimizi zəiflik, sülh istəyimizi qorxaqlıq kimi qəbul edənlər böyük səhv edirlər". "Olaylar" xəbər verir ki, bunu Vəkil-hüquqşünas Rövşən Qasımov deyib: "Bu xalq öz dövlətini dişi ilə, dırnağı ilə qoruyub. Bu torpaq şəhid qanı ilə suvarılıb. Ona görə də heç kim Azərbaycana yuxarıdan aşağı baxa, xalqımıza necə yaşamalı olduğumuzu diktə edə bilməz.
Azərbaycanın milli maraqları müzakirə mövzusu deyil! Dövlətimizin suverenliyi toxunulmazdır! Xalqımızın iradəsi isə heç bir basqı ilə dəyişdirilə bilməz!
Kim dostluq və qarşılıqlı hörmətlə gəlirsə, gözümüz üstündə yeri var. Kim təhdid, təzyiq və diktə yolu seçirsə, qarşısında milyonlarla azərbaycanlının qətiyyətini görəcək.
Biz heç kimin torpağında gözümüz olmayan xalqıq. Amma öz torpağımıza, dövlətimizə və milli ləyaqətimizə əl uzatmağa çalışanlara da susacaq xalq deyilik.
Azərbaycanın üzərinə kölgə salmağa çalışanlar bilməlidir: bu Vətən satılmır, bu xalq qorxmur, bu dövlət əyilmir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31