Azərbaycanın dövlətçilik tarixində yeni siyasi mərhələnin başlanğıcı-15 Oktyabr

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynadı. Həmin seçkilərdə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi həyatında yeni bir dövrün başlanğıcı oldu. Bu tarixdən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının davam etdirilməsi və yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı. "Olaylar" xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatın gücləndirilməsi, sosial rifahın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqların qorunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə etdi. Həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmasına, dövlət institutlarının möhkəmlənməsinə və Azərbaycanın regionda söz sahibi olan dövlətə çevrilməsinə şərait yaratdı. Bu inkişaf yolunun ən möhtəşəm nəticələrindən biri isə xalqımızın tarixi arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması oldu.
Bu gün 15 Oktyabr tarixi yalnız siyasi təqvimdə mühüm gün kimi deyil, həm də Azərbaycanın inkişaf yolunu, milli birliyini və dövlətçilik iradəsini əks etdirən əlamətdar tarix kimi dəyərləndirilir. Qazanılan uğurlar xalqımızın öz liderinə olan inamını, müstəqil dövlətimizin gücünü və gələcəyə olan əminliyini nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31