Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlıq xalqların rifahıa xidmət edir-Özəl
10:48 Siyasət"Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə dair çıxışı mühüm strateji əhəmiyyət daşıyırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı ölkəmizin regionda artan nüfuzunu, beynəlxalq əməkdaşlığa verdiyi töhfəni və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasəti bir daha nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib: "Dövlətimizin başçısı çıxışında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, ticarət, energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması ölkəmizin regional əməkdaşlıqda artan rolunun və qardaş dövlətlərlə mövcud olan qarşılıqlı etimadın bariz göstəricisidir. Xüsusilə Orta Dəhlizin inkişafı, qarşılıqlı investisiyaların artırılması, birgə istehsal müəssisələrinin yaradılması, enerji resurslarının tranziti və yaşıl enerji sahəsində əməkdaşlıq regionun iqtisadi potensialının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyi isə xalqlarımız arasında dostluğun, həmrəyliyin və mənəvi bağlılığın əyani təzahürüdür.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik birgə nailiyyətlərimizin əsasını təşkil edir. Bu prinsiplərə söykənən əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regionun beynəlxalq əhəmiyyətinin artmasına və xalqlarımızın rifahına xidmət edir".