Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
15:43 SiyasətMilli Məclisin sədr müavini Rafael Hüseynov və parlamentin komitə sədri Fazil Mustafa "Avropanın Sivilizasiya Fondu və Gürcüstanda xristianlığın 1700 ili" adlı konfransda iştirak etmək üçün oktyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə,
tədbirdə parlamentarizm prinsipləri ilə mənəvi və dini dəyərlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Vitse-spiker Rafael Hüseynov konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir.
Səfər oktyabrın 3-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31