Qazaxıstan Prezidenti Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb – ÖZƏL


Olaylar.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ukraynadakı hərbi əməliyyatların dondurulmasının və sülh danışıqlarına başlanılmasının vacibliyini bildirib.
Almaniya Kansleri Fridrix Merts ilə keçirilən mətbuat konfransında çıxış edən Tokayev, Rusiya Prezidenti Vladimir Putinin onun bu mövqeyini anlayışla qarşıladığını qeyd edib. Qazaxıstan lideri ukraynalıların tarixinə, mədəniyyətinə və dilinə böyük hörmətlə yanaşdığını vurğulasa da, mövcud şəraitdə müharibəni dərhal bitirməyin qeyri-real olduğunu əlavə edib.

Ötən ay Omskda keçirilən görüşdə Tokayev şəxsi təşəbbüslə çıxış edərək hərbi əməliyyatları böyük dövlətlərin zəmanəti altında dondurmağı və "İstanbul formulası 2.0" variantına qayıtmağı təklif etmişdi. O, Avropa və ABŞ-dən bu istiqamətdə çoxlu siqnallar aldığını bildirib. Bununla belə, Qazaxıstan Prezidenti vasitəçilik rolunu öz üzərinə götürməkdən imtina edərək, Rusiyanın bu məsələnin öhdəsindən müstəqil gələ biləcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31