ABŞ hərbçiləri Latın Amerikasında narkokartellərə qarşı əməliyyatlara qoşulub – ÖZƏL
12:46 SiyasətOlaylar.az xəbər verir ki, Pentaqon Latın Amerikası və Karib hövzəsində narkokartellərin qaçaqmalçılıq marşrutlarını izləmək və xəritələndirmək üçün yüksək texnologiyalı pilotsuz uçuş aparatlarından (PUA) istifadəni kəskin artırıb. "Wall Street Journal"ın məlumatına görə, ABŞ hərbçiləri artıq yerli hüquq-mühafizə orqanları ilə birgə reydlərdə də birbaşa iştirak edirlər.
ABŞ Cənub Komandanlığının rəhbəri general Frensis Donovan kartellərə qarşı hərtərəfli təzyiq göstərmək məqsədilə quruda zərbələr, həbslər və gizli mənzillərin ələ keçirilməsi daxil olmaqla bütün variantların nəzərdən keçirildiyini bildirib. Artıq Keçən həftə Ekvadorda ABŞ-nin 50-yə yaxın hərbçi və hüquq-mühafizə əməkdaşı PUA və radioelektron mübarizə vasitələrindən istifadə edərək kokain şəbəkəsinə qarşı birgə əməliyyat keçirib. Bu, ABŞ qoşunlarının ölkədəki reydlərdə ilk birbaşa iştirakıdır və Vaşinqton bu modeli bütün regionda tətbiq etməyi planlaşdırır.