Ukrayna hava hücumlarında saatda 45 milyon dollar itirir- ÖZƏL

Olaylar.az xəbər verir ki,  "The Guardian" qəzetinin Ukraynanın iqtisadiyyat naziri Aleksandr Kravçenkoya istinadən verdiyi məlumata görə, bir saatlıq hava hücumu zamanı Ukraynanın iqtisadi itkiləri təxminən 45 milyon dollar təşkil edir.
Nəşr Kravçenkonun sözlərinə dolayı yolla istinad edir. Nazir həmçinin bildirib ki, Ukraynanın 2026-cı ildə müxtəlif obyektlərdə baş verən partlayışlar və yanğınlardan ümumi itkiləri artıq 10 milyard dollara çatıb.
Kravçenko həmçinin Ukraynanın yeni reaktiv mühərrikli dronların meydana çıxmasına hazır olmadığını da qeyd etdi. "Onların meydana çıxmasını tam olaraq gözləyə bilmədik", - deyə o bildirib.
Hava hücumu xəbərdarlığı zamanı Ukrayna müəssisələri bağlanır. Xəbərdarlıqlar hər gün bir neçə saat davam edə bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31