3 oktyabr 1993-cü il- Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Məhz Onun xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti bugünkü və gələcək inkişafın əsası oldu. Ulu Öndər həmin müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirərək axıra çatdıra bilmədiyi planları, işləri Onun  həyata keçirəcəyinə əminliyini ifadə etdi. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı, Zəngəzuru azad görmək idi. Prezident İlham Əliyev böyük səyləri, qətiyyəti sayəsində bu arzunu reallığa çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin Zəfər səhifələrini yazdı. Şanlı Qələbəmizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar Azərbaycanın qarşısında yeni imkanlar açır".

Millət vəkili bildirib ki, ümumiləşdirilmiş şəkildə qeyd etsək, 3 oktyabr 1993-cü il  müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində qürurlu bir mərhələnin başlanğıcı, dönüş nöqtəsidir. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanı dünyaya qalib, suveren ölkə kimi təqdim edən Prezident İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən bu inamı ifadə etdi ki, indi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31