İnvestisiya Forumu yeni əməkdaşlıq imkanlarının platformasıdır- ÖZƏL

"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər təqdim olunan imkanların konkret əməkdaşlıq layihələrinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Forum yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının təqdim edilməsi və Azərbaycan iqtisadiyyatına beynəlxalq kapitalın cəlb olunması üçün mühüm platformadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Prezident İlham Əliyev çıxışında böyük kapitalı təmsil edən investorların feyk xəbərlərə inanmamasının vacibliyini də vurğulayıb. Bu yanaşma investisiya qərarlarının etibarlı və obyektiv informasiya əsasında qəbul edilməsinin əhəmiyyətini göstərir.

Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın gələcək iqtisadi inkişafının əsas istiqamətlərini və investisiya potensialını nümayiş etdirən mühüm platforma kimi çıxış edir. Enerji, logistika, mədənçilik, rəqəmsal transformasiya, insan kapitalı və yeni texnologiyalar iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı artımın təmin edilməsi baxımından mühüm istiqamətlərdir. Forum çərçivəsində səsləndirilən fikirlər və imzalanan sənədlər isə bu potensialın konkret investisiya və əməkdaşlıq layihələrinə çevrilməsi üçün yeni imkanlar yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31