Parlament Anım Günü ilə bağlı Bəyənat qəbul edib
11:45 SiyasətMilli Məclis 27 Sentyabr - Anım Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat qəbul edib. "Olaylar" xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı Ramid Namazov səsləndirilib. Bəyanatda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi tarixi Qələbə barədə məlumatlar yer alıb. Həmçinin bəyanatda 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması, 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatları nəticəsində respublikanın suverenliyinin tam təmin edilməsi, Qarabağda həyata keçirilən abadlıq-quruculuq işləri, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamənin əhəmiyyəti və sair kimi məsələlər öz əksini tapıb.
Bəyanat səsə qoyularaq qəbul edilib.