Aİ komitəsi AfD ilə əlaqəli hərəkatın maliyyələşdirilməsini müzakirə edəcək- ÖZƏL

Avropa İttifaqının (Aİ) Müstəqil Səlahiyyətli Şəxslər Komitəsi Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyası tərəfindən təsis edilən "Suveren Millətlərin Avropası" (ESN) siyasi hərəkatının qeydiyyatının ləğvi və maliyyələşdirilməsinin dayandırılması məsələsini müzakirə edəcək. Olaylar.az xəbər verir ki, "Politico"nun məlumatına görə, komitə bu məsələni oktyabrın 1-də müzakirə etmək üçün toplanacaq. Qurumun yekun qərarın hazırlanması üçün iki ay vaxtı olacaq.
Komitə siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət edən Avropa Partiyaları və Siyasi Fondlar Təşkilatının məsləhətçi orqanıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31