Bayramov-Mirzoyan görüşünün əsas mesajı: Birbaşa dialoq davam etdiriləcək- ÖZƏL
17:09 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla sentyabrın 24-də Nyu-Yorkda görüşüb. Görüşdə Azərbaycan-Ermənistan arasında sülh prosesi, əldə olunan irəliləyiş, iqtisadi və nəqliyyat əlaqələrinin açılması müzakirə olunub. Tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşündə iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına xüsusi diqqət yetirilməsi hansı mesajları verir? Tərəflərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsi Azərbaycan-Ermənistan münasibətlərində hansı praktiki addımların atılmasına zəmin yarada bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" 24 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu Yorkda görüş keçiriblər.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunmuş irəliləyişi nəzərdən keçiriblər. Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib.
Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb. Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşün ən diqqət çəkən tərəfi heç şübhəsiz nazirlərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsidir.
Ümumiyyətlə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində danışıqlar davam edir. Siyasi dialoqla yanaşı, son zamanlar iki ölkə arasında iqtisadi və tranzit sahələrində də müəyyən təmasların yaranması müsbət haldır.
Hazırda bu proses müəyyən məhsulların Azərbaycandan Ermənistana, eləcə də Ermənistandan Azərbaycana satışının həyata keçirilməsi ilə məhdudlaşsa da, tərəflərin bu əlaqələri gələcəkdə genişləndirməkdə maraqlı olduğu görünür. Əslində, iqtisadi münasibətlərin inkişaf etdirilməsi siyasi dialoqun və sülh prosesinin möhkəmlənməsinə xidmət edə biləcək istiqamətlərdəndir. Tərəflər arasında ticarət və tranzit əlaqələri artdıqca qarşılıqlı iqtisadi maraqlar da genişlənir. Bu isə uzunmüddətli perspektivdə münasibətlərin normallaşması üçün əlavə zəmin yarada bilər.
Bu kontekstdə Azərbaycanın Ermənistanın enerji aslılığını öz üzərinə götürməsi çox vacibidir. təminatında müəyyən rol alması da xüsusi əhəmiyyət daşıya bilər. Bu gələcək əlaqələrin genişlənməsi Ermənistan tərəfinin sülh prosesindən geri çəkilməsinin iqtisadi və siyasi nəticələrini də artıra bilər.
Bu baxımdan, Ceyhun Bayramov və Ararat Mirzoyanın Nyu-Yorkda keçirilən görüşünü təkcə diplomatik təmas deyil. Görüş siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, iqtisadi və tranzit əlaqələrin inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir.
Ən mühüm məqam isə tərəflərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsidir. Əgər bu təmaslar davamlı xarakter alarsa və siyasi dialoq iqtisadi və humanitar əlaqələrin genişlənməsi ilə paralel şəkildə inkişaf edərsə, bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və davamlı sülhün formalaşması istiqamətində əlavə imkanlar yarada bilər".
Zeynəb Mustafazadə