Prezident çıxışında ideoloji təhdidlərə xüsusi diqqət yetirdi-Özəl
13:59 SiyasətPrezident çıxışında ideoloji təhdidlərə xüsusi diqqət yetirdi-Özəl
"Hazırda türk dünyasının qarşısında böyük imkanlarla yanaşı, yeni çağırışlar da dayanır. Bu çağırışlara cavab isə birlik, qarşılıqlı etimad, təcrübə mübadiləsi, təhlükəsizlik sahəsində koordinasiya və ortaq dəyərlərin qorunmasından keçir. Türk dövlətlərinin həmrəyliyi möhkəmləndikcə, onların qarşılıqlı əməkdaşlıq imkanları genişlənir, təhlükəsizlik sahəsində koordinasiya güclənir və Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemindəki rolu daha da inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev deyib: "Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən etdiyi çıxışında ideoloji təhdidlərə də xüsusi diqqət yetirilib. Dövlət başçısı qeyd edib ki, müasir təhdidlər yalnız fiziki xarakter daşımır, həm də ideoloji istiqamətdə özünü göstərə bilər. Bu baxımdan türk dövlətlərinin ardıcıl inkişafının və konstitusiya quruluşunun qorunmasının təmin edilməsi üçün müxtəlif ideoloji təxribatlara qarşı birgə mübarizənin aparılması vacibdir. Burada mühüm məqamlardan biri də gənc nəslə düzgün dəyərlərin çatdırılmasıdır. Ümumi tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi Türk Dövlətləri Təşkilatının uzunmüddətli inkişafı baxımından mühüm istiqamətlərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyev çıxışında TDT daxilində yüksək səviyyəli siyasi dialoqun intensivləşdirilməsi məsələsi də diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, üzv ölkələrin rəhbərləri arasında ümumi maraqlar və ümumi planlar barədə anlayış mövcuddur. Bununla yanaşı, dövlət rəhbərlərinin ildə bir dəfə deyil, daha tez-tez bir araya gəlməsinin zəruri olduğu qənaəti formalaşıb və bu məqsədlə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılıb. Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı yalnız iqtisadi və mədəni əməkdaşlıq platforması deyil, eyni zamanda üzv dövlətlərin ümumi maraqlarının, regional təhlükəsizlik məsələlərinin və gələcəyə dair strateji yanaşmalarının müzakirə edildiyi mühüm bir təşkilata çevrilir".