İraq 2027-ci ilin iyununadək silahlı qruplaşmaları tam tərksilah etməyi planlaşdırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İraqın Baş naziri Əli əz-Zeydi "The New York Times" nəşrinə müsahibəsində bildirib ki, ölkə hakimiyyəti 2027-ci il iyunun 30-dək bütün qeyri-qanuni silahlı birləşmələri tərksilah edərək dövlət strukturlarına inteqrasiya etməyi planlaşdırır. 

İlk mərhələdə 90 günlük hücumsuzluq rejiminin tətbiq olunacağını deyən Baş nazir, müəyyən edilən vaxtdan sonra fəaliyyətini davam etdirən müstəqil qruplaşmaların qanundankənar elan ediləcəyini vurğulayıb. Qruplaşmalar isə tərksilah müddətinin 2027-ci ilin sonunadək uzadılmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31