ABŞ Yaxın Şərqin enerji infrastrukturunun bərpasına 5 milyard dollar ayırmağı təklif edir – ÖZƏL
11:08 SiyasətABŞ Prezidenti Donald Tramp administrasiyası İranla müharibə nəticəsində zərər görmüş Yaxın Şərq ölkələrinin energetika infrastrukturlarını bərpa etmək və neft-qaz daşınmasında Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə 5 milyard dollar sərmayə qoymağı təklif edib.
Olaylar.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ tərəfdaş ölkələrin də analoji məbləğdə töhfə verməsi ilə 10 milyard dollarlıq birgə investisiya fondunun yaradılmasını planlaşdırır. Bu addım regionda 7 aydır davam edən hərbi əməliyyatların qlobal enerji bazarına ciddi zərər vurduğunun və alternativ nəqletmə marşrutlarının qurulmasının vacibliyinin etirafı kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31