Japarov Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdikləri barədə iddiaları təkzib edib ÖZƏL

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Rusiyaya Qərb sanksiyalarından yayınmaqda kömək etməsi barədə iddiaları rədd edib.
Olaylar.az xəbər verir ki, o,  ABŞ-a səfəri zamanı "The New York Times"ın Qırğızıstanın Çin və Avropadan Rusiyaya mal tədarükü hesabına iqtisadiyyatını böyütdüyü barədə yazısını şərh edib. Japarov bildirib ki, Qırğızıstan Rusiyaya hərbi və ya sanksiya tətbiq olunan məhsullar göndərməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31