Vardevanyan Azərbaycandakı erməni məhbusların qaytarılması üçün beynəlxalq təzyiqi artırmağa çağırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri, müxalifətçi deputat Aram Vardevanyan "Sputnik Armenia"ya müsahibəsində Azərbaycanda saxlanılan ermənilərin qaytarılması üçün beynəlxalq-hüquqi, diplomatik və parlament mexanizmlərindən daha fəal istifadə etməyin vacibliyini bildirib. 

Ruben Vardanyan və Bakıda həbsdə olan digər şəxslərlə rəftarı(?) tənqid edən Vardevanyan, İrəvanın bu istiqamətdəki səylərini yetərsiz qiymətləndirib və yalnız saxlanılan şəxslərin azad ediləcəyi təqdirdə nəticəni qaneedici hesab etməyin mümkün olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31