Aİ-nin qlobal yardım büdcəsinin azaldılması iş yerləri ilə bağlı risk yaradır- ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico"nun məlumatına görə, Aİ-nin növbəti yeddiillik büdcəsində "Qlobal Avropa" yardım proqramı üçün nəzərdə tutulan vəsaitin 80 milyard avro azaldılması dünya üzrə Aİ nümayəndəliklərində iş yerlərinin ixtisarına səbəb ola bilər.

Avropa Komissiyasının daxili araşdırmasında bunun Aİ-nin qlobal təsirinə mənfi təsir göstərə biləcəyi qeyd olunub. Bununla belə, adı açıqlanmayan diplomatlar bu ssenarini paytaxtlara təzyiq göstərmək məqsədi daşıyan "dəhşət hekayəsi" kimi qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31