Deputatlarımız Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər- ÖZƏL
10:14 SiyasətMilli Məclisin deputatları Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım məlumat verib: "Deputat həmkarlarımla Rusiyada keçirilən Dövlət Dumasına IX çağırış deputatlarının seçkilərini müşahidə etmək məqsədilə səfərdə olduq. Səfərimizin əsas məqsədi seçki prosesini yerində izləmək, səsvermənin təşkilini və seçicilərin iştirakını müşahidə etmək idi.
Seçki məntəqələrində prosesin gedişini yaxından izlədik. Ümumilikdə səsvermənin sakit və işgüzar şəraitdə keçirildiyini müşahidə etdik. Hesab edirəm ki, seçkilər hər bir ölkənin siyasi həyatında mühüm mərhələdir. Arzum budur ki, yeni parlamentin fəaliyyəti Rusiya Federasiyasının inkişafına və xalqın rifahına xidmət etsin".