Papuaşvili Avropa Şurasını radikal siyasətçini maliyyələşdirməkdə tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə Avropa Şurasının ölkədəki fəaliyyətini kəskin tənqid edib. O, qurumun dəstəklədiyi Tbilisi Siyasi Tədqiqatlar Məktəbinin Bakhmaroda müxalifətçi siyasətçi Armaz Axvlediani tərəfindən təşkil olunmuş tədbirini maliyyələşdirməsinə etirazını bildirib. Papuaşvili vurğulayıb ki, seçki nəticələrini tanımayan və hakimiyyəti "Rusiya rejimi" adlandıran radikal siyasətçiyə maliyyə ayrılması mülki dialoqa xidmət etmir. 

Spikerin sözlərinə görə, bu cür dəstək ölkədə radikalizmi və ekstremizmi gücləndirir, eyni zamanda Avropa Şurasının qərəzsizliyinə və etibarlılığına ciddi xələl gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31