Avropa İttifaqı yeni "NATO " yaradır- ÖZƏL

"Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanın öz təhlükəsizlik və müdafiə arxitekturasının gücləndirilməsi istiqamətində təklif irəli sürüb. Bu təşəbbüs "Avropa NATO-su" kimi xarakterizə oluna bilər. Belə bir təhlükəsizlik mexanizmində NATO-nun 4-cü və 5-ci maddələrinə bənzər qarşılıqlı müdafiə öhdəliklərinin tətbiqi məsələsidir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiyanın artan hərbi təhdidləri və Avropanın təhlükəsizliyinə dair qayğıları Avropa ölkələrini hərbi baxımdan daha ciddi təşkilatlanmağa sövq edir. Eyni zamanda, ABŞ-ın Avropanın təhlükəsizliyində əvvəlki səviyyədə rol oynayıb-oynamayacağı ilə bağlı müzakirələr də Avropada strateji muxtariyyət məsələsini aktuallaşdırıb. Avropa İttifaqının əsas məqsədlərindən biri öz müdafiə imkanlarını gücləndirmək və qlobal sistemdə daha müstəqil siyasi mərkəz kimi çıxış etməkdir.
Fransa uzun müddətdir Avropanın strateji muxtariyyəti və müstəqil müdafiə imkanlarının yaradılması ideyasını dəstəkləyir. Lakin Avropa ölkələrinin belə bir təşəbbüs ətrafında konsensusa gəlməsi asan görünmür. Çünki ayrıca hərbi ittifaqın yaradılması NATO ilə münasibətlərin suallar yarada bilər. NATO-nun zəifləməsi isə transatlantik təhlükəsizlik sisteminin və bütövlükdə Qərb təhlükəsizlik arxitekturasının dağılmasına gətirib çıxara bilər.
Qeyd edim ki, NATO artıq təxminən 80  ildir ki, fəaliyyət göstərir və Avropa ilə ABŞ arasında uzunmüddətli müttəfiqlik münasibətləri formalaşıb. Ona görə də Avropanın yeni təhlükəsizlik mexanizmi yaratması mütləq şəkildə NATO-nun ləğvi deməkdir . Daha çox 
Yeni dünya siyasi nizamının formalaşdığı bir dövrdə Avropanın daha müstəqil geosiyasi mərkəzə çevrilmək potensialı var. Gələcəkdə Avropanın təhlükəsizlik təşəbbüslərinin Cənubi Qafqaza da müəyyən təsirləri istisna deyil. Azərbaycan, Ermənistan və Gürcüstana  müxtəlif tərəfdaşlıq və təhlükəsizlik formatlarının təklif edilməsi ehtimalı mümkündür.
Azərbaycan isə paralel olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və müdafiə əməkdaşlığının daha da inkişaf etdirilməsini istəyir. Bu baxımdan gələcəkdə həm Avropada, həm də Türk dünyasında formalaşacaq təhlükəsizlik mexanizmləri yeni regional və qlobal təhlükəsizlik arxitekturasının mühüm elementlərinə çevrilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31