Qızıl Xaç Ermənistanda niyə yeni mərkəzlər yaradır?- Politoloqdan açıqlama- ÖZƏL
17:54 Siyasət" Ermənistan da bir çox beynəlxalq təşkilatlar, xüsusilə də savaş dönəmində Beynəlxalq Qırmızı Xaç Komitəsi müəyyən aktivlik göstərdi və bu təşkilatlar özlərinin lazımlılığını göstərmək üçün çox diqqət çəkən və bəzən lazımsız, proseslərə mənfi təsir edən addımları belə atmaqdan çəkinmirlər".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı nümayəndələrinin fəaliyyəti isə, xüsusilə bu savaş dövründə- 2020-ci ilin 44 günlük savaşı zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Ermənistanın kəşfiyyatı ilə əlaqələrinin olduğu da sübut olunmuş faktlardır və onlar bir çox hallarda kəşfiyyat məlumatlarının ötürülməsi ilə məşğul olublar. Bu baxımdan Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin məhz konflikt vaxtı roluna kifayət qədər neqativ münasibətin olduğunu söyləsək yanılmarıq. İndi Ermənistanın Azərbaycana sərhəd ərazilərində yeni özlərinin şəbəkələrini, şöbələrini yaratmaları, təcili yardım, tibb mərkəzlərini yaratmaları, bu əslində Azərbaycan və Ermənistan arasında gözlənilən gərginliklə bağlı deyil. Bu, daha çox Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin özünün lazımlılığını və fəaliyyətinin olduğunu göstərmək, görüntü yaratmaq üçün səylər olduğunu deyə bilərəm. Çünki bir çox beynəlxalq təşkilatlar bəzən bu tipli addımlarla mərkəzi ofislərdən əlavə maliyyə təminatları alırlar və onlar burada nəzərdə tutulan işləri keçirir, maaşlarını alırlar, məşğuldurlar. Hazırda Ermənistanda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin rolu böyük görüntüdə məhz buna əsaslanır.
Bu bölgələrdə yaradılmış mərkəzlərin 2022-ci ildə yaradıldığı bildirilir. O zaman Azərbaycan və Ermənistan arasında müəyyən gərginlik qalmaqdaydı. Sərhədlərdə zaman-zaman atəş səsləri eşidilirdi. Amma artıq iki ilə yaxındır bu mövzu bitib və artıq sərhədlərdə tam sabitlik, sülh prosesi irəliləməkdədir. Ona görə əslində həmin bölgələrdə Qırmızı Xaç təşkilatının bölmələrinin olmasına da ehtiyac yoxdur. Onların orada yaratdığı mərkəzlərə də ehtiyac yoxdur.
Bir daha qeyd edirəm, bu tipli addımlar özlərinin lazımlılığını göstərmək üçün istifadə olunan fəndlərdir. Yəni onların orada yerləşməsi, ilk növbədə, o anlama gəlmir ki, Azərbaycanda və Ermənistan arasında hansısa bir eskalasiya ola bilər, gərginlik yarana bilər. Bu, hələlik yaxın perspektivdə real görünmür və Azərbaycanla Ermənistan arasında sülh prosesində hansısa bir əngəl törədəcək addımlar deyil. O baxımdan burada mərkəzi ofisdən daha çox maliyyə yardımları alaraq günü keçirmək və maaşını almaq niyyəti görülür".
Zeynəb Mustafazadə