İran Avstriyanın diplomatik nümayəndəsini XİN-ə çağırıb- ÖZƏL

İran Xarici İşlər Nazirliyi Avstriyanın İrandakı müvəqqəti işlər vəkilini çağıraraq Vyananın İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə viza verməkdən imtina etməsinə sərt etiraz edib. Olaylar.az xəbər verir ki, İran XİN-in sözçüsü Esmail Baqayi bildirib ki, Eslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında iştirak etmək üçün Avstriyaya getməli idi. Onun sözlərinə görə, İran nümayəndə heyətinə beynəlxalq hüquq normalarına uyğun olaraq viza verilməli idi.
Baqayi qeyd edib ki, Avstriyanın viza qərarının ABŞ-ın təzyiqi ilə qəbul edilməsi ehtimalı Vyananı məsuliyyətdən azad etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31