Azərbaycan - ŞƏT əməkdaşlığı nə vəd edir?

Ölkəmiz Avrasiyanın logistika xəritəsini dəyişir

Azərbaycan beynəlxalq təşkilatlarda fəal şəkildə iştirak etməklə və qlobal təşəbbüslərdə aktiv rol oynamaqla beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməkdədir. Bu gün Azərbaycan qlobal gündəliyin formalaşdığı, vacib qərarların qəbul edildiyi, inkişaf etməkdə olan ölkələrin taleyinə təsir edən məsələlərin həlli istiqamətində-Azərbaycanın fəal əməkdaşlıq apardığı təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 15 iyun 2001-ci ildə Şanxay şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilmişdir. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran və 2024-cü ildə Belarus təşkilata qoşulmuşdur. ŞƏT-nın məqsədləri üzv dövlətlər arasında qarşılıqlı inam, dostluq, qonşuluq və səmərəli əməkdaşlığı gücləndirmək, regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etmək və qorumaq, yeni ədalətli beynəlxalq nizamı təşviq etməkdir. 2016-cı ildə Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sammit çərçivəsində avqustun 31-i - sentyabrın 1-də ŞƏT+ formatında görüşdə iştirak etmişdir. Bundan öncə Azərbaycan Respublikasının Prezidenti ŞƏT-in müvafiq olaraq 2022-ci ildə Özbəkistanda fəxri qonaq qismində, 2024-cü ildə Qazaxıstanda və 2025-ci ildə Çində keçirilən Sammitlərində iştirak və çıxışlar etmişdir.  

Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq aşağıdakı sahələri əhatə edir: regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi; terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə; narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə qarşı fəaliyyət; kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə; ticarət və sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də kiçik və orta biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi; hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət; nəqliyyat və kommunikasiyalar sahəsində mövcud infrastrukturun səmərəli istifadəsi, transregional multimodal nəqliyyat dəhlizlərinin və tranzit potensialının inkişaf etdirilməsi; mədəniyyət, elm və texnika, təhsil, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi; təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı yardım; sivilizasiyalararası dialoqun, multikulturalizmin və tolerantlığın gücləndirilməsi. Şərq-Qərb və Şimali-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT ev sahibliyi və liderlik edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib. Liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.

Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Dövlət başçıları parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı Azərbaycanın xarici siyasəti baxımından çox mötəbər, son dərəcə əhəmiyyətli beynəlxalq tədbirdir. 17 ölkənin liderinin, həmçinin BMT Baş katibi Antonio Quterreşin, Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi  dövlətlərin təmsil olunduğu Sammitdə Azərbaycan Prezidentinin iştirakı ilk növbədə ölkəmizin artıq regional çərçivələrlə məhdudlaşmayan xarici siyasətinin göstəricisidir. Azərbaycan ŞƏT-in üzvü deyil, dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları, nəqliyyat-logistika potensialı, Türk dünyasındakı mövqeyi və son illərdə formalaşdırdığı fəal diplomatik əlaqələr ölkəmizi ŞƏT məkanında diqqət çəkən tərəfdaşlardan birinə çevirir.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31