Paşinyanın əsas hədəfi nədir?- ÖZƏL

"Nikol Paşinyanın hazırda yürütdüyü siyasət birinci istiqaməti daxili hakimiyyətin konsolidasiyasıdır. Onun üçün seçkidə qələbə siyasi mübarizənin sonu deyil, əksinə, daha rahat idarəçilik üçün yeni mərhələnin başlanğıcıdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Paşinyan seçkidə qələbə qazansa da, amma parlamentdə ciddi qərarların, xüussən də konstirusion qanunlaırn qəbulunda mütləq üstünlüyə malik deyil və bu da ona ciddi problemlər yaradır. Bu səbəbdən də hakimiyyətin qarşısında dayanan əsas məqsədlərdən biri siyasi rəqiblərin təşkilatlanma imkanlarını məhdudlaşdırmaq, alternativ güc mərkəzlərinin təsirini azaltmaq və hakimiyyətin uzunmüddətli təhlükəsizliyini təmin etməkdir. 
İkinci istiqamət isə Ermənistanın xarici siyasət vektorunun dəyişdirilməsidir. Paşinyan hakimiyyəti son illərdə Moskva ilə münasibətlərdən məsafə saxlamaq və Qərblə siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini genişləndirmək xətti götürüb. Bu baxımdan Ermənistanda Rusiyaya yaxın siyasi dairələrin zəiflədilməsi təkcə daxili hakimiyyət mübarizəsi deyil, həm də ölkənin geosiyasi istiqamətinin dəyişdirilməsi prosesinin bir hissəsi kimi görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31