Bişkek görüşündən sonra sülh gündəliyi Alen Simonyanla müzakirə edilib
10:37 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşdən sonra sülh gündəliyi üzrə müzakirələr davam etdirilib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşımında bildirib.
"Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşdən sonra sülh gündəliyi üzrə müzakirələr Alen Simonyanla davam etdirildi", - deyə Hacıyev qeyd edib.
Hikmət Hacıyev paylaşımında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla görüşdən foto da yayımlayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə görüşüblər.