İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian
10:32 Siyasətİran Şanxay Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasını təklif edir.
İran Prezident Aparatının informasiya xidmətinin məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində deyib.
"İran tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında parlamentlərarası dialoqun gücləndirilməsi, qanunvericilik təcrübələrinin mübadiləsi və əməkdaşlığa dəstək məqsədilə təşkilatın Parlament Assambleyasının yaradılası təşəbbüsü irəli sürülüb", -deyə o qeyd edib.
Pezeşkian bildirib ki, eyni zamanda terrorizm, radikalizm və yeni təhlükəsizlik təhdidləri ilə mübarizə məqsədilə təşkilatın imkanlarının möhkəmlənməsinə ehtiyac var. İran bu istiqamətdə Şanxay Əməkdaşlıq Təşkilatının təhlüksizlik araşdırmaları strateji mərkəzinin yaradılmasını təklif edib. Bu mərkəz üzv ölkələrin elmi və mütəxəssis imkanlarından istifadə etməklə, prosesləri qiymətləndirmək və regional təhlükəsizlik və stabilliyin möhkəmlənməsi üçün xüsusi məsləhətlər verməklə köməklik göstərə bilər.
"İranın qənaətincə multilateralizmin gələcəyi dialoqun qorunması və effektiv əməkdaşlıq mexanizmlərinin yaradılmasından asılıdır. Bu baxımdan regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Şanxay Əməkdaşlıq Təşkilatının əhəmiyyəti və mövqeyinin yüksəldilməsində aktiv və konstruktiv iştiraka hazır olduğunu qeyd edir və təşkilatın birliyi, effektivliyi və həmrəylinin möhkəmlənməsi istiqamətində yeni təşəbbüsləri dəstəklədiyini bildirir.
Qeyd edək ki, bu gün Qırğızıstan paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir.