ŞƏT Azərbaycana möhtacdır- ÖZƏL
10:27 Siyasət"Azərbaycanın siyasi və coğrafi mövqeyinin dünyanın az qala bütün əsas təşkilatlarına maraqlı olduğu gerçəyi ŞƏT-dan da yan keçmir. Məsələnin mahiyyətini kiçiltmədən demək olar ki, ŞƏT Azərbaycana möhtacdır. Bu, həqiqətən də belədir". "Olaylar" xəbər verir ki, bunu ƏHD İdarə Heyətinin üzvü Azər Qasımov deyib: "Təşkilatın varlığı sadəcə dövlətlərin bir yerə yığılması və hansı dövlətlərin orda olması ilə ölçülmür. Təşkilatı təşkil edən ölkələr nəzərdə tutulan planları həyata keçirmək üçün mütləq bir-biri ilə əməkdaşlıq üçün lojistik əlaqəyə malik olmalıdır.
Bu isə Azərbaycansız mümkün deyil. Təbii ki, alternativlər vardır, amma təhlükəsiz alternativ yoxdur. Bu baxımdan ŞƏT-nın mahiyyətinə bu aspektdən baxmaq lazımdır. Eyni zamanda Azərbaycanın ŞƏT üçün əhəmiyyətinə.
Tədbirdə müxtəlif görüşlər keçirilir. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də digər ölkələrin rəhbərləri bir-biri ilə müxtəlif məsələlər müzakirə edir. Azərbaycan üçün əhəmiyyət kəsb edən məsələ Ermənistan rəhbərliy, Rusiya Prezidenti Vladimir Putinlə və İran Prezidenti Məsud Pezeşkian araslnda dövlət başçısının görüşləri olmuşdur. Amma hesab edirəm ki, bu görüşlərdə ən vacib məsələ Azərbaycan rəhbərliyinin verdiyi mesajlar və görüşlər zamanı mətbuatdan göründüyü qədərilə baş verən hadisələrdən ki, görüşlərin əhəmiyyətini artırır, Azərbaycan diplomatiyasının mahiyyətini göstərir".