Köçəryanın ofisi: 1 Mart hadisələri ilə bağlı iş hakimiyyətin özünə çıxacağı üçün dayanıb – ÖZƏL
15:31 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofis rəhbəri Baqrat Mikoyan 2008-ci il 1 Mart hadisələri üzrə "üstü açılmış" işin dayandırılmasını hakimiyyətin öz əleyhinə sübutlar tapmaq qorxusu ilə əlaqələndirib. Avqustun 31-də keçirilən mətbuat konfransında o, Anti-Korrupsiya Komitəsinin rəhbərini yalan məlumatlar verməkdə günahlandırıb və ittihamların heç bir əsası olmadığını bildirib. Mikoyanın sözlərinə görə, 2018-ci ildə də oxşar iddialar irəli sürülsə də, nəticədə Robert Köçəryan 1,5 il həbsdə qaldı, lakin heç bir cinayətin üstü açılmadı və günahkarların adı çəkilmədi.
Aram Orbelyan isə hakimiyyətin işin "üstünün açılması" haqqında bəyanatlarını məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəmək və təqsirsizlik prezumpsiyasını pozmaq kimi qiymətləndirib