Putin-Paşinyan görüşü Rusiya-Ermənistan münasibətlərində dönüş nöqtəsi ola bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Sputnik Ermənistanın köşə yazarı Arman Abovyanın fikrincə, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşü iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər. Görüşdə Moskva ilə İrəvan arasında son dövrlərdə yaranmış siyasi fikir ayrılıqlarının, Ermənistanın Avropa İttifaqına yaxınlaşma siyasətinin və iki ölkə arasında iqtisadi münasibətlərin müzakirə olunacağı gözlənilir.

O bildirib ki, Rusiya Ermənistanın Aİ-yə inteqrasiya istiqamətində atdığı addımları və bunun Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mümkün təsirlərini tənqid edir. Moskva həmçinin Ermənistanın iqtisadiyyatında Rusiya şirkətlərinin fəaliyyətinə münasibətdə son addımlardan narahatlığını ifadə edib. Ermənistan tərəfi isə Rusiya ilə münasibətləri qorumaqla yanaşı, Avropa istiqamətində də əlaqələri inkişaf etdirməyə çalışır. Bu siyasət Moskva ilə İrəvan arasında qarşılıqlı narazılıqların artmasına səbəb olub. Bişkekdə keçiriləcək görüşün iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətinə necə təsir edəcəyi yaxın günlərdə məlum olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31