BVF Ukraynanın 2027-ci il büdcəsini müzakirə edəcək-ÖZƏL

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni missiyası Ukrayna hakimiyyəti ilə danışıqlara başlayıb.
Olaylar.az xəbər verir ki, Ali Radanın deputatı Nina Yujaninanın BVF-nin Ukraynadakı nümayəndəliyinə istinadən verdiyi məlumata görə, müzakirələr Genişləndirilmiş Fond Mexanizmi (EFF) çərçivəsində yeni maliyyələşdirmə proqramının icrasını və Ukraynanın 2027-ci il dövlət büdcəsi layihəsini əhatə edəcək.
Yujanina bildirib ki, BVF-nin yeni dördillik proqramının həcmi 8,1 milyard dollar qiymətləndirilir. Onun sözlərinə görə, Ukraynanın 2026-2029-cu illərdə xarici maliyyələşdirməyə ehtiyacı baza ssenarisində 136,5 milyard, mənfi ssenaridə isə 146,3 milyard dollar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31