Moskva İrəvanın qərarına münasibət bildirib: Ermənistan məsuliyyəti üzərindən atmağa çalışır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının komissiya sədri Vladimir Cabarov Ermənistanın Rusiyanı müttəfiq kimi tanımaqdan imtina etməsini iki ölkə arasında əməkdaşlıqdan boyun qaçırmaq cəhdi kimi dəyərləndirib. Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında Rusiyanın artıq strateji müttəfiqlər siyahısında yer almaması İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağdakı eskalasiya zamanı öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırılır. Lakin senatorm bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın özü rəsmi olaraq Qarabağı müdafiə etməyib və KTMT-yə kömək üçün müraciət etməyib, rəsmi müraciət olmadan isə heç bir müdaxilə edilə bilməzdi. 

Cabarovun sözlərinə görə, bu addım Ermənistanın Avropa İttifaqı ilə şübhəli əlaqələrini gücləndirmək və gələcəkdə öz iqtisadiyyatına böyük zərər vurmaq bahasına Avrasiya İqtisadi İttifaqından mümkün çıxışına bəraət qazandırmaq cəhdidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31