Qəzanın Zəfər Günündə baş verməsi təəssüf doğurur-
10:29 Siyasət"Türkiyə Zəfər Bayramını qeyd edirdi. Lakin, təəssüf ki, 30 avqust 2026-cı il tarixində, Türkiyə vaxtı ilə saat 12:50-13:00 radələrində Şimali Kiprin Girnə Limanından Mersinin (Türkiyə) Taşucu Limanına doğru hərəkət edən "FİLOJET" (Filo Denizcilik şirkətinə məxsus) sərnişin gəmisi Girnə Limanından yola düşdükdən qısa müddət sonra, sahildən təxminən 2.5 - 6.4 km aralıda baş tərəfindən su alaraq batmışdır. Göyərtəsində 259 sərnişin və 8 heyət üzvü olmaqla ümumilikdə 267 nəfər olan gəmidə genişmiqyaslı axtarış-xilasetmə işləri həyata keçirilir. Məlumata görə, 237 nəfər sağ olaraq xilas edilib. Qəzanın baş verdiyi yerdə dərinlik 514 metrdir". "Olaylar"ın məlumatına görə, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Dünən Şimali Kiprin tarixində görünməmiş fırtına və külək olmuşdur. Ağaclar aşmış, ölkəyə ciddi zərərlər dəymişdi. Qəzanın səbəbi hələlik qeyri-müəyyən olduğu qeyd olunsa da, dənizdə olan fırtına ehtimalı çox yüksəkdir.
Amma bu qəzanın məhz bu gün, Zəfər Günündə olması ikiqat kədər və təəssüf doğurur. Başınız sağ olsun, Türkiyə və Şimali Kipr Türk Cumhuriyyəti!"