“Azərbaycanın müstəqil siyasətini qəbul edə bilmirlər”- Rusiyadakı təxribatın səbəbi nədir? - ÖZƏL

" Dünən Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında baş verən bu utancverici hadisə dövlətlərarası münasibətlərə xələl gətirən bir hərəkət kimi dəyərləndirilməlidir. Necə ki, Azərbaycan Xarici İşlər Nazirliyi onlara kifayət qədər sərt, eyni zamanda əsaslandırılmış bir münasibət bildirdi və dövlət qurumlarından da çağırış edilir ki, bu cür hadisələrə müvafiq qiymət verilsin. " Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında  politoloq Oqtay Qasımov deyib: "Əlbəttə ki, bu cür hadisələr iki dövlət arasında münasibətlərə kölgə salan addımlardır. Nəzərə alsaq ki, 2024-cü ildən bəri Azərbaycan-Rusiya münasibətlərində ziddiyyətli məqamlar kifayət qədər çoxdur və AZAL təyyarəsi ilə bağlı olan hadisəni qeyd etmək istəyirəm. Amma mümkün qədər son bir neçə ayda Rusiya media məkanında Azərbaycana qarşı isterik bir əks-təbliğat kampaniyasının aparılması faktik olaraq Azərbaycanın müstəqil siyasət aparılmasına verilən reaksiya kimi dəyərləndirilməlidir.
Belə ki, Rusiyada imperiya şovinizmi xəstəliyinə tutulmuş dairələr Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratmasını və müstəqil siyasət aparmasını heç cür qəbul edə bilmirlər. Hesab edirlər ki, Azərbaycan və keçmiş postsovet məkanı ölkələri bütün addımlarını məhz Rusiya ilə məsləhətləşməli, yaxud Rusiya layihələrinə qatılmalıdır. Belə bir dünya yoxdur və Azərbaycan müstəqil siyasətini davam etdirir. Eyni zamanda, Rusiya ilə də normal qonşuluq münasibətlərinin davam etdirilməsində maraqlıdır.
Bu baxımdan götürdükdə, bu cür hadisələr kifayət qədər ciddi problemlər yaradır və Azərbaycanın bu məsələdə reaksiyası, aparılan kampaniyanın əlaqələndirilməsi kifayət qədər əsaslıdır.
Belə ki, Rusiyanın davranışlarına diqqət etdikdə, bu adətən belə baş verir: ilk olaraq müəyyən fikirlər səsləndirilir, hansısa dövlətə qarşı müxtəlif media qurumlarında, sosial şəbəkə platformalarında əks-təbliğat kampaniyası başlayır, hədə-qorxular, təhdidlər gəlir və ardınca onunla bağlı münasibətlər bildirilir, yaxud hərəkətlər edilir. Yəni bu dönəmdə baş verən hadisələri son bir neçə ayda aparılan təbliğat kampaniyasından ayrı düşünmək mümkün deyil. Bu addımlar, dünən baş verənlər həmin kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir. 
Moskvanında hansısa addımlar atacağınız düşünürmürəm. Çünki dünənki hərəkət və digər Azərbaycana qarşı olan hadisələr , Rusiya rəsmi dairələri tərəfindən, eləcə də Kreml tərəfindən verilmiş təyinatlara əsasən keçirilir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31