“Bu himnlə ancaq yas yerinə getmək olar” – keçmiş SSRİ dövlətində simvola qarşı üsyan

Moldova parlamentinin Milli təhlükəsizlik, müdafiə və ictimai asayiş komissiyası sədrinin müavini Renato Usatıy ölkənin dövlət himninin dəyişdirilməsini təklif edib.

Musavat.com xəbər verir ki, Usatıy hazırkı himnin insanlarda milli ruh və qürur hissi oyatmaqdan daha çox matəm tədbirlərinə uyğun olduğunu bildirib.

"Bizim himnlə ancaq yas yerinə getmək olar", - deputat deyib.

Onun fikrincə, Moldovaya yeni Konstitusiya ilə yanaşı, yeni dövlət himni də lazımdır. Usatıy hesab edir ki, yeni himn ölkə vətəndaşlarını birləşdirməli, insanları yalnız rəsmi protokola hörmət əlaməti olaraq deyil, həm də milli qürur hissi ilə ayağa qalxmağa sövq etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31