Rusiya səfirliyi: Avstraliyada anti-Rusiya əhval-ruhiyyəsi alovlandırılır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Kanberradakı səfirliyi Avstraliyada Rusiya əleyhinə əhval-ruhiyyəni artıran son hadisələrdən narahatlığını bildirib.
Səfirlik xüsusilə 27 yaşlı Rusiya-Avstraliya vətəndaşı Vladimir Teslovun saxlanılmasına diqqət çəkib. Diplomatik missiya onun Ukraynanın maraqları naminə fəaliyyət göstərdiyinə görə saxlanılmasının Avstraliya üçün təhlükə yaratmadığını qeyd edib. Səfirlik Teslovun işi ilə bağlı vəziyyəti izləməyə davam edəcəyini və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31